вторник, 8 ноября 2011 г.

ПЕРСЕНТИЛЬ


Qohum funksiyalar: 
Sintaksis:
    ПЕРСЕНТИЛЬ(массив;к)
Nəticə:
    Verilənlər çoxluğu üçün  к -cı persentili hesablayır.
Arqumentlər:  
  •      массив: persentilləri hesablanan ədədi qiymətli oyuqlar massivi;
  •   к: persentilin 0-la 1 intervalında (kənar nöqtələr də daxilolmaqla) qiyməti.
Qeydlər:
  •   əgər massiv boşdursa və ya verilənlərin sayı 8191-dən böyükdürsə, ПЕРСЕНТИЛЬ funksiyası özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •      əgər  к ədəd deyildirsə, ПЕРСЕНТИЛЬ funksiyası özünün yazıldığı oyuğa #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
  •      к<0 və ya к > 1 olduqda ПЕРСЕНТИЛЬ funksiyası özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •      əgər  к  1/(п - 1) - in misillərinə bərabər deyildirsə, ПЕРСЕНТИЛЬ funksiyası к -cı persentili hesablamaq üçün interpolyasiya aparır.
Riyazi-statistik interpretasiya:
    Variasiya paylanma sıralarında kvartillə bərabər desil və persentil struktur xarakteritikaları da təyin olunur. Desillər niazlanmış (ranqlaşdırılmış) külliyyatı on bərabər hissəyə, persentillər isə yüz bəabər hissəyə bölür. Median, kvartil, desil və persenillər arasındakı münasibət aşağıdakı şəkildə göstərilir. 
 
Qeyd edək ki, median, kvartil, desil və persentillərdən variasiya sıralarının strukturunu ətraflı öyrənmək məqsədilə istifadə edirlər.
 
Misal
Ali məktəbə qəbul bal sistemi ilə aparılır. Abituriyentin toplaya biləcəyi maksimal balların miqdarı 100-ə bərabərdir. Bir qrup abituriyent üçün bu nəticələr aşağıdakı cədvəldə verilmişdir:



















































































Bu verilənlər əsasında topladıqları balların miqdarına görə 60-cı persentili (K=0,6) aşan abituriyentləri ali məktəbə qəbul etmək haqqında qərar qəbul olunmuşdur. Bu persentilə uyğun olan balların miqdarını hesablamalı.

Həlli
Əvvəlcə hər bir qiymət (bal) üçün faiz ranqını hesablayaq və faiz ranqı verilmiş k=0,6 qiymətindən  kiçik  və böyük olan qiymətləri seçək: 69 → 0,578, 73 → 0,631. Verilmiş persentilə uyğun balı hesablamaq üçün xətti interpolyasiyadan istifadə edək:

 

 İndi də bu məsələni ПЕРСЕНТИЛЬ funksiyasının vasitəsilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


2. Nəticənin yazılacağı oyuğu seçək ($A$6).
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından ПЕРСЕНТИЛЬ funksiyasını seçək. Bu zaman ПЕРСЕНТИЛЬ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Массив sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (B2:U2) mausla seçək.

   5. K sahəsinə daxil olaraq 0,6 qiymətini yazaq. OK  
       düyməsini basdıqdan sonra $A$3 oyuğunda   
       hesablamanın nəticəsi olan 70,6 qiyməti əmələ 
       gələcəkdir.